ERKƏN MƏRHƏLƏLİ TEXNOLOGİYA STARTUPI

Bir startupı sıfırdanqurmaq istəyirsən?

Yeni texnologiya məhsulunun ilkin komandasını formalaşdırırıq. Məhsulun texniki hissəsi hazırlanır. İndi isə onu bazara çıxaracaq, bizneslərlə əlaqələr quracaq, böyüməni və gündəlik əməliyyatları idarə edəcək komanda yoldaşları axtarırıq.

Bu klassik vakansiya deyil. Başlanğıcdan məsuliyyət götürmək və real nəticə yaratmaq istəyən insanlar üçündür.

Məhsul

Nə qururuq?

Real bizneslərlə insanları rəqəmsal mühitdə birləşdirən yeni texnologiya platforması üzərində işləyirik.

Məhsul B2B və B2C tərəfləri olan proqram təminatı ekosistemi kimi hazırlanır. Məqsəd real dünyada təqdim olunan müəyyən xidmətlərin kəşfini, istifadəsini və idarə edilməsini daha rahat rəqəmsal təcrübəyə çevirməkdir.

Platformanın mobil və web məhsulları, biznes tərəfdaşları üçün idarəetmə alətləri və daxili əməliyyat sistemləri hazırlanır.

Startup hazırda ictimai launch mərhələsində olmadığı üçün məhsulun konkret konsepti və biznes modelinin bəzi detalları ilkin müraciət mərhələsində paylaşılmır. Seçim prosesində irəliləyən namizədlərlə layihə haqqında daha ətraflı məlumat paylaşılacaq.

Hazırkı vəziyyət

Bu sadəcə fikir deyil.

Layihə ideya mərhələsini keçib. Texniki məhsulun ilkin infrastrukturu və əsas sistemləri hazırlanır.

İndi əsas məqsəd məhsulun biznes və əməliyyat tərəfini formalaşdırmaq, ilk tərəfdaşlarla işləmək, bazar reaksiyasını ölçmək və real istifadəçi təcrübəsini sınaqdan keçirməkdir.

Məhsul
İnkişaf mərhələsində
Texnologiya
Əsas sistemlər hazırlanır
Biznes
İlkin tərəfdaşlıq mərhələsi
Komanda
Formalaşdırılır
Bazar
İlkin test mərhələsi
Açıq danışaq

Bu komanda
hər kəs üçün
deyil.

Əgər aşağıdakılardan biri sənə uyğundursa, bu mərhələdə müraciət etməmək hər iki tərəf üçün daha doğru ola bilər.

  • Yalnız CV-yə startup təcrübəsi əlavə etmək istəyirsən.
  • Bir neçə həftə həvəsli olub sonra marağını itirirsən.
  • Hər addım üçün konkret tapşırıq gözləyirsən.
  • Başqa öhdəliklərinə görə real vaxt ayıra bilmirsən.
  • Çətinlik yarananda həll axtarmaqdan əvvəl səbəb izah etməyə başlayırsan.
  • Startup sözü maraqlı gəldiyi üçün müraciət edirsən, amma real məsuliyyət götürmək istəmirsən.

Biz böyük komanda qurmağa çalışmırıq. Doğru komanda qurmağa çalışırıq.

Kimləri axtarırıq
Necə düşünürsən?

Əvvəl bunu bilməlisən.

Burada hazır şirkətə qoşulmursan. Hazır departament, hazır təlimat yoxdur.

Bəzən sınadığımız şey işləməyəcək. Bəzən istiqaməti özün müəyyən etməli olacaqsan.

  1. Problem
  2. Fikir
  3. İcra
  4. Nəticə
  5. Öyrən
“Problem budur. Bunları sınadım. Bu nəticəni aldım. Növbəti addımım budur.”

Bizim axtardığımız düşüncə tərzi budur. Tapşırıq gözləyən yox, problemi görüb hərəkət edən.

Şəffaflıq

Bu klassik maaşlı iş modeli deyil.

Layihə erkən startup mərhələsində olduğu üçün açıq rolların hamısı klassik sabit maaşlı vakansiya formatında deyil.

Bu mərhələdə məqsəd yalnız işçi kimi çalışacaq insanlar deyil, nəticəyə məsuliyyət daşımağa hazır ilkin komanda üzvləri tapmaqdır.

Rol, məsuliyyət və nəticədən asılı olaraq əməkdaşlıq modeli fərqli ola bilər.

Mümkün əməkdaşlıq modelləri

  • nəticəyə bağlı ödəniş
  • layihə və ya nəticə əsaslı bonus
  • gəlir və ya mənfəət paylaşımı
  • gələcəkdə ödənişli tam və ya yarımştat rol
  • uzunmüddətli əsas komanda üzvləri üçün pay/opsion imkanının ayrıca nəzərdən keçirilməsi

Komandaya qoşulmaq avtomatik olaraq şirkətdə pay əldə etmək demək deyil.

Pay, opsion və digər uzunmüddətli iştirak modelləri yalnız davamlı töhfə, məsuliyyət, nəticə və rol əsasında ayrıca razılaşdırılır.

Seçilən namizədlərlə əməkdaşlıq şərtləri işə başlamazdan əvvəl aydın şəkildə müzakirə və razılaşdırılacaq.

Bir xahişimiz var

Cavablarını özün yaz.

Burada mükəmməl mətn axtarmırıq. Sənin necə düşündüyünü görmək istəyirik.

ChatGPT, Claude və digər AI alətləri ilə hazırlanmış cavablar sənin real düşüncə tərzini göstərmədiyi üçün seçim zamanı nəzərə alınmaya bilər.

Qrammatik səhv problem deyil. Öz fikrin olmayan cavab problemdir.

Hazır bir şirkətə qoşulmursan. Onu qurmağa gəlirsən.

Burada bütün cavablar hazır olmayacaq.

Amma əgər məsuliyyət götürmək, ideyanı nəticəyə çevirmək və erkən mərhələdən real bir texnologiya biznesinin qurulmasında iştirak etmək istəyirsənsə, səninlə tanış olmaq istəyirik.

Müraciət bir neçə mərhələdən ibarətdir. Cavablarını düşünərək yaz.