Seçim necə olacaq?
Altı mərhələ. Hər mərhələdə bir-birimizi daha yaxşı tanıyırıq və hər mərhələdə layihə haqqında bir qədər daha çox məlumat paylaşırıq.
- 01
Müraciət
Özünü, bacarıqlarını, vaxt imkanını və düşüncə tərzini bizimlə bölüş.
- 02
İlkin qiymətləndirmə
Müraciətlər sadəcə CV-yə görə yox, cavabların və yanaşman əsasında qiymətləndiriləcək.
- 03
Praktiki tapşırıq
Uyğun namizədlər real işə yaxın kiçik tapşırıq əldə edə bilər.
- 04
Görüş
Bir-birimizi daha yaxından tanıyırıq və rol uyğunluğunu müzakirə edirik.
- 05
Sınaq əməkdaşlığı
Bəzi rollar üçün qısa sınaq əməkdaşlığı mərhələsi ola bilər.
- 06
Əsas komanda
Qarşılıqlı uyğunluq və real nəticə olduqda uzunmüddətli əməkdaşlıq modelinə keçirik.
Müraciət, tapşırıq və görüş bir-birini yoxlayır.
Formdakı cavabların, praktiki tapşırıqda gördüyümüz düşüncə prosesi və görüşdə verdiyin izahatlar birlikdə oxunur.
Buna görə formda yazdığın hər şeyi görüşdə açıb izah edə bilməyin vacibdir. Öz təcrübən olan sadə cavab, mükəmməl yazılmış ümumi cavabdan daha güclüdür.
Müraciətə başla