Suallar

Tez-tez verilən suallar

Startup konkret nə edir?

Layihə hazırda ictimai launch mərhələsində olmadığı üçün konkret biznes modeli və məhsul mexanikasının bəzi hissələrini açıq paylaşmırıq. B2B və B2C tərəfləri olan texnologiya platforması hazırlayırıq. Seçim prosesində irəliləyən namizədlərlə daha ətraflı məlumat paylaşılacaq.

Bu maaşlı işdir?

Bu rollar erkən startup mərhələsi üçündür və hamısı klassik sabit maaşlı iş formatında deyil. Əməkdaşlıq və qazanc modeli rol, məsuliyyət və nəticəyə görə dəyişə bilər. Konkret şərtlər seçilmiş namizədlərlə əvvəlcədən razılaşdırılır.

Şirkətdən pay veriləcək?

Komandaya qoşulmaq avtomatik şirkət payı əldə etmək demək deyil. Uzunmüddətli, yüksək məsuliyyət və davamlı nəticə göstərən əsas komanda üzvləri üçün pay və ya opsion modeli ayrıca nəzərdən keçirilə bilər.

Tələbələr müraciət edə bilər?

Bəli. Təhsil səviyyəsindən daha çox məsuliyyət, təşəbbüs, vaxt imkanı və nəticə yaratmaq bacarığına baxırıq.

Təcrübəm azdır. Müraciət edə bilərəm?

Bəli. Amma real həyatda öz təşəbbüsünlə nəsə etməyin, öyrənmək və məsuliyyət götürmək bacarığın bizim üçün vacibdir.

Nə qədər vaxt ayırmaq lazımdır?

Bu, roldan asılıdır. Müraciət zamanı real vaxt imkanını qeyd etməyini istəyirik. Əsas komanda rollarında davamlılıq və müntəzəm iştirak vacibdir.

Remote işləmək mümkündür?

Bəzi rollarda işlərin böyük hissəsi uzaqdan həyata keçirilə bilər. Biznes tərəfdaşlıqları və bəzi əməliyyat rollarında isə Bakı daxilində fiziki görüşlər lazım ola bilər.

Cavabları AI ilə yazsam nə olar?

Biz avtomatik “AI detektoru” istifadə etmirik və heç kimi buna görə avtomatik kənarlaşdırmırıq. Amma müraciət, praktiki tapşırıq və görüş arasında cavabların tutarlılığını yoxlayırıq. Öz düşüncən olmayan cavab bu mərhələlərdə tez üzə çıxır və seçimə kömək etmir.